"Microsoft" yenidən dünyanın ən bahalı şirkəti oldu | Banco.az

"Microsoft" yenidən dünyanın ən bahalı şirkəti oldu

Tamara Mustafayeva, Banco.az

"Microsoft" firması "Apple"ı geridə qoyaraq yenidən dünyanın ən bahalı şirkəti olub.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, texnologiya nəhəngi "Microsoft" firmasının səhmləri ardıcıl olaraq dördüncü gün də bahalaşmaqla ümumilikdə 2.45 trilyon dollara çatıb.

"Microsoft"dan əvvəl uzun müddət bazar dəyərinə görə dünyanın ən bahalı şirkəti olan "Apple"ın səhmləri isə 4% geriləyərək şirkətin bazar dəyərinin 2.41 trilyon dollara enməsinə səbəb olub.

Qeyd edək ki, ardıcıl olaraq on birinci rübdə də proqnozlardan daha yaxşı maliyyə göstəricilərinə nail olan "Microsoft" firması iyul-sentyabr aylarını əhatə edən dövr üzrə rüblük gəlirini ötən ilin eyni dövrü ilə müqayisədə 22% artırmaqla 45.3 milyard dollara çatdırıb. Bununla da, şirkətin gəliri 2018-ci ildən bəri qeydə alınan ən sürətli artım dinamikasına imza atıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram