Microsoft yeni loqotiplərini təqdim etdi | Banco.az

Microsoft yeni loqotiplərini təqdim etdi

“Microsoft” şirkəti “Windows”un yeni dizayn-konsepsiyasını təqdim edib.

Yeni loqotiplər arasında sosial şəbəkə istifadəçiləri əməliyyat sisteminin yeni loqosunu da görüblər.

“Microsoft Design”ın təqdimatında onlarla yeni loqotiplər – “Word”, “Excel”, “Power Point” və s. var. Dizaynerlər loqotiplərin rəsmini çəkməyə 2017-ci ildən "Fluent Design" konsepsiyanı qəbul edərkən başlayıblar.

Yeni konsepsiyaya görə, loqotiplər səthi deyil, həcmli görünüşlüdürlər. Şirkət əməliyyat sisteminin loqotipinə xüsusi qeyd ilə yanaşmasa da, diqqətli istifadəçilər onu slaydda müşahidə ediblər. Artıq seqmentləri bir-birindən ayıran ağ rəngli xaç indi mərkəzdə yox, küncdə yerləşir. Ekspertlər qeyd ediblər ki, bu 2015-ci ildən bəri ilk yenilənmədir.

Ən sərfəli kredit üçün müraciət et

Microsoft-dan yeni dizaynın nə vaxt istifadəyə veriləcəyi bildirilməyib.

Ekspertlər isə yeniliyin 2020-ci ilin ikinci rübündə "Windows 10X" əməliyyat sistemində ola biləcəyini ehtimal edirlər.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et