“Microsoft” yeni bükülən smartfonunu təqdim edib | Banco.az

“Microsoft” yeni bükülən smartfonunu təqdim edib

“Microsoft” ötən gün Nyu-Yorkda yeni bükülən “Surface Duo” smartfonunun təqdimatını keçirib.

"Android" əməliyyat sistemi üçün nəzərdə tutulan hər biri 5,6 düyüm diaqonallı iki ekrana malik smartfon açılmış vəziyyətdə 8,3 düyüm diaqonallı ekranlı planşet kimi də istifadə olunmağa münasibdir. Bununla yanaşı, hər iki ekran eyni zamanda ayrı-ayrı əlavələri əks etdirə bilir. Ekranların biri virtual klaviatura və yaxud coystik kimi də istifadə oluna bilir.

Ən sərfəli kredit üçün müraciət et

“Google” şirkətinin tərəfdaşlığı ilə hazırlanan yeni smartfonna “Google play” online mağazasından əldə edilə bilən əlavələr istifadə edilə biləcək.

Təqdimatda gələn il satışa çıxarılacağı bildirilən “Surface Duo”nun bəzi texniki cəhətləri, o cümlədən hansı prosesorla təchiz olunduğu, arxa tərəfində kamera olub-olmadığı hələlik açıqlanmayıb. Hərçənd ABŞ-ın “Wire” dərgisinə görə, sözügedən smartfon “Snapdragon 855” prosesoru ilə işləyəcək.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et