"Microsoft" və "Meta" əməkdaşlığa başladı | Banco.az

"Microsoft" və "Meta" əməkdaşlığa başladı

Tamara Mustafayeva, Banco.az

Məlum olduğu kimi "Meta" (Facebook) 2016-cı ildə "Workplace" adlı yeni platforma təsis etmişdi. Biznes müəssisələri üçün hazırlanmış bu platforma şirkət daxili sosial media vasitəsi kimi istifadə edilirdi. Qrup söhbətləri, canlı yayım kimi funksiyaları ehtiva edirdi.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ötən günlərdə "Meta" şirkəti "Microsoft" ilə mühüm əməkdaşlığa imza atıb. Belə ki, şirkət "Microsoft"un video-konfrans tətbiqi olan "Teams"in "Workplace"ə inteqrasiya edildiyini açıqlayıb.

Sözügedən yenilik sayəsində istifadəçilər artıq iki tətbiq arasında keçid etməli olmadan "Teams"in daxilindəki "Workplace"ə çıxış imkanı qazanacaqlar. Bu, işçilərin mühüm informasiyalardan xəbərdar olmasını daha da asanlaşdıracaq və şirkət daxili fikir mübadiləsini artıracaq.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, bu əməkdaşlıq çərçivəsində müştərilər "Workplace"i "SharePoint", "OneDrive" və "Office365" paketləri ilə birlikdə inteqrasiya edə biləcəklər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et