"Microsoft" və "Google" süni intellektlə bağlı görüş üçün Ağ Evə dəvət edilib | Banco.az

"Microsoft" və "Google" süni intellektlə bağlı görüş üçün Ağ Evə dəvət edilib

Müəllif - Aida İsaq, Banco.az

"Microsoft", "Google", "OpenAl" və "Antrpopic" şirkətləri vitse-prezident Kamala Harris və Bayden administrasiyasının yüksək vəzifəli şəxslərinin iştirak etdiyi süni intellekt toplantısı üçün Ağ Evə dəvət edilib.

Banco.az xəbər verir ki, cümə axşamı günü keçiriləcək görüş üçün şirkətlərə göndərilən dəvətdə, prezident Baydenin şirkətlərdən süni intellekt məhsullarının ictimaiyyətə təqdim edilməzdən əvvəl onların etibarlılığına əmin olmalarını gözlədiyi bildirilib.

Qeyd edək ki, Bayden administrasiyası artıq süni intellekt sistemləri üçün hesabatlılıq tədbirləri ilə bağlı ictimaiyyətdən rəylər toplayır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram