Microsoft-un oyun bölməsinin gəliri il ərzində 64% artıb | Banco.az

Microsoft-un oyun bölməsinin gəliri il ərzində 64% artıb

Microsoft maliyyə hesabatını açıqlayıb. Sənəddə qeyd olunub ki, oyun bölməsinin gəliri il ərzində 64% artıb.

Şirkət həm satış, həm də gəlir üzrə analitiklərin proqnozlarını üstələyib.

Microsoft-un mədaxili 38 milyard ABŞ dolları təşkil edib. Bu da əvvəlki ilin nəticələrindən 13% çoxdur. Mənfəət isə 11,2 milyard dollar təşkil edib. Bu isə ötənilki göstəriciləri 5% üstələyir. 

Eyni zamanda, korporasiyanın oyun bölməsi Xbox xidmətləri sayəsində 64% (1,3 milyard dollar) gəlir artımını nümayiş etdirib. 

Qeyd edək ki, bu göstəricilər, karantin zamanı istifadəçilərin fəal olara oyun konsollarından istifadə etdiyinə görə əldə olunub.

Ted.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram