Microsoft-un ən çaşdırıcı müsahibə suallarının cavabını bilirsiniz? | Banco.az

Microsoft-un ən çaşdırıcı müsahibə suallarının cavabını bilirsiniz?

Microsoft vakansiyalara qəbul üçün ən qəribə müsahibələr təşkil edən şirkətlərdən sayılır. Əgər bir gün yolunuz Microsoft müsahibəsinə düşsə, özünüzü və xəyal dünyanızı hazır vəziyyətə gətirin. Qəribə suallarla müsahiblərini çaşdıran Microsoft üçün işçilərin əsas keyfiyyət meyarı kritik düşünmə, iti zəka və hazırcavablıqdır. Şayiələrə görə, Google-un belə təqlid etdiyi bu sistem, dünyanın başqa məşhur şirkətlərində də tətbiq olunmağa başlanıb. “Son 5 ildə hansı vəzifələrdə və şirkətlərdə çalışmısınız?” əvəzinə, zehinləri qarmaqarışıq salan suallarla namizədləri çaşdıran Microsoft-un ən maraqlı müsahibə suallarını sizə təqdim edirik.

  1. Əgər işə qəbul olunsanız, 30-60-90 gün ərzində şirkətdə nələri dəyişəcəksiniz?
  2. Kaliforniyaya gedərkən mən, 5 həyat yoldaşı olan 1 kişi, hər qadının əlində isə 5 çanta gördüm. Hər çantada 5 pişik vardı. Hər pişiyin isə 5 balası. Kaliforniyaya neçə nəfərlə gedirik?
  3. Bərabərtərəfli üçbucağın hər küncündə bir qarışqa var. Hər qarışqa özünün dayanmadığı təsadüfi bir küncü seçir və oraya doğru hərəkət edir. Qarışqaların toqquşmama ehtimalı nə qədərdir?
  4. Təsəvvür edin ki, içərisində 10 qramlıq toplar olan 10 qutunuz var. Və qutulardan biri,digər toplarla görünüş cəhətdən yararlı toplardan seçilməyən yararsız toplardan ibarətdir. Hər yararsız top 9 qramdır. Sizə elektronik tərəzi veririk, lakin sadəcə bir istifadə şansınız var. Yararsız topların olduğu qutunu necə tapardınız?
  5. Ayı 1 mil cənuba qaçırdı. Sonra sola döndü və 1 mil şərqə hərəkət etdi. Və yenidən sola döndü və 1 mil şimala getdi. Gəldiyi son nöqtə ilk dəfə hərəkətə başladığı nöqtədir. Ayı hansı rəngdədir?
  6. Eşitmə qüsurlu insanlar üçün necə bir zəngli saat dizayn edərdiniz?

 

Ən sərfəli kredit üçün müraciət et

İndi isə sualların düzgün cavabları ilə tanış olun:

  1. Birinci sual xəyal dünyasından asılı olaraq dəyişən bir sualdır. Cavablandırarkən əsas olaraq dəqiq və spesifik amillərdən istifadə, qiymətləndirməyə müsbət  təsir göstərir.
  2. Minimum 1, çünki yolda qarşıma çıxan kişinin və qadınların hansı istiqamətdə getdikləri haqda məlumat yoxdur.
  3. Qarışqalar yalnız iki halda toqquşmayacaq. Ya bütün qarışqalar saat əqrəbi istiqamətində hərəkət etsələr, ya da saat əqrəbinin əksinə.            Hər qarışqa sadəcə 2 küncdən birini seçə bildiyi üçün bütün mümkün ehtimallar 23-dür. Və sadəcə iki ehtimalda toqquşmur. Qarışqaların toqquşmama ehtimalı 2/8=0.25-dir.
  4. Hər qutudan qutunun sıra nömrəsinə uyğun sayda top götürərək ( 1-ci qutudan 1 top, 2-ci qutudan 2 top, 3-cü qutudan 3 və s.) Beləliklə, yararsız topun çəkisinin 9 q olduğunu bildiyimiz üçün, əgər yararsız toplar 1-ci qutudadırsa ümumi topların çəkisi 1 q, 2-ci qutudadırsa 2 q, 3-cü qutudadırsa 3 q əksik gələcək. Neçə q əksik olmasına görə hansı qutu olduğunu asaanlıqla müəyyən edəcəksiniz.
  5. Ağ, ayı sola dönüb şərqə gedirsə bu onun qütb ərazilərində olduğunu göstərir. Şimal qütbünün su ilə əhatə olunduğunu nəzərə alsaq, cənub qütbü və ağ ayı cavabı düzgün olar.
  6. Eşitmə qüsurlu insanlar zəngli saatın səsini eşidə bilmir amma, hissiyat olaraq titrəşimli zəngli saatların olması onların köməyinə gələ bilər. Düzgün cavab titrəşimli saatlardır.

​Sevinc Hüseynova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et