Microsoft uğurlu komandanın sirrini açıqlayıb | Banco.az

Microsoft uğurlu komandanın sirrini açıqlayıb

“Microsoft” görülən işlərin maksimum nəticə verməsi üçün komandaların necə qurulduğunu öyrənməyə qərar verib. “Work.ua” IT nəhənginin versiyasını paylaşıb.

Üzvlərinin bir-birinə sıx bağlı olduğu bir komanda istənilən layihənin uğurunun sirridir. Daha sürətlə qərar qəbul etmək, daha məhsuldar beyin fırtınası təşkil etmək və ya iş planını daha effektiv şəkildə yerinə yetirmək üçün kollektiv daxilində sağlam münasibət yaratmaq lazımdır.

Öz super komandanızı yaratmaq üçün sadə addımları izləyin.

Ümumi məqsədlər qoyun

Bu, sizi birləşdirəcək və motivasiya edəcəkdir. Bunlar göstəricilər haqqında deyil, göstərilən səylər barədədir. Məsələn, “məqsədimiz — satışları artırmaq/ baxış sayı/ istehsal” əvəzinə “məqsədimiz — insanlara yardım/ məkanı daha rahat və gözəl etmək/ ekologiyanı qorumaq” şəklində olmalıdır.

Məqsəd sadəcə yuxarının göstərişi ilə deyil, bütün komanda üzvləri tərəfindən qoyulmalı və razılaşdırılmalıdır. Beləliklə, ümumi işdə iştirak hiss ediləcəkdir. Məqsəd mümkün qədər sadə və aydın olmalıdır ki, asanlıqla yadda qalsın və bu komandada işləməyənlər belə bunu başa düşsünlər. Komandanın ortaq dəqiq bir məqsədi yoxdursa, işçilər ahəngdar hərəkət etməyəcəklər və nəticəyə nail olmaq üçün daha uzun müddət tələb olunacaq.

Məqsədlərin qoyulması üçün bir neçə addım mövcuddur. Əvvəlcə suallara cavab verin:

Komanda hansı işləri görür?

İşiniz niyə vacibdir?

İşiniz kimlər üçün vacibdir?

Daha sonra tezis formalaşdırın: Komanda filan hədəf auditoriyasına yönəlib, onların həyatının filan aspektinə təsir göstərmək üçün mövcuddur.

Kollektiv kimliyini müəyyənləşdirin

Bir şeyə aid olmaq hissi komandanı birləşdirir. Bu, bütün layihə iştirakçıları tərəfindən paylaşılacaq ümumi dəyərlər və razılaşmalar toplusudur. Ümumi dəyərləri könüllü və sərbəst qəbul etmək vacibdir.

Cümə günləri kollektiv şəkildə nahar etmək kimi ümumi vərdişlər möhkəm kollektivin formalaşmasına kömək edəcəkdir. Razılaşmalar da çox əhəmiyyətlidir. Məsələn, hansı qrafikə uyğun işləyirsiniz, iclasları necə keçirirsiniz, fövqəladə hallarda necə davranırsınız.

Kollektiv kimlik yaratmaq üçün məşq edin.

Səhifəni 4 kvadrata bölün;

Ən sərfəli kredit üçün müraciət et

· ilk hissədə yazın: komandamızda belə bir ümumi davranış modeli mövcuddur (məsələn, hər kəs məsuliyyəti öz üzərinə götürür);

· ikincisində bunun necə təzahür etdiyini (hər kəs səhvlərini etiraf edir və onların həlli yollarını təklif edir) qeyd edin;

· üçüncüsündə kollektivinizin məhsuldarlığının mümkün inkişaf yollarını (əməkdaşın öz işini mümkün qədər rahat yerinə yetirməsi üçün) yazın;

· dördüncüsü: bu, praktikada necə təzahür edir (komanda üzvlərinin diqqətinin yayınmaması və işlərini bitirə bilmələri üçün tək qalmağa vaxtları var).

Qarşılıqlı inama söykənən münasibətlər yaradın

Bir komandada etibar, anlayış, hörmət və qəbul olunma olmazsa, heç bir uğurdan söhbət gedə bilməz. Komanda daxilindəki xoş atmosfer daha yaxşı və daha sürətli işləməyə kömək edir, heç kim incitmək və ya incimək üçün vaxt sərf etmir. Bu cür münasibətləri qurmaq üçün komandanın bütün üzvləri bir neçə suala vicdanla cavab verməli və sonra cavabları komanda ilə müzakirə etməlidir. Qısa bir anket doldurun:

Güclü tərəfləriniz nələrdir?

Hansı şərtlər altında eyni məhsuldarlıqla işə davam edə bilərsiniz?

Zəif cəhətləriniz nələrdir?

Gələcəkdə bu kimi problemlərdən xilas olmaq üçün nəyi dəyişdirmək lazımdır?

Sizə hansı məsələlərdə etibar edə bilərlər?

Bəzən hansı məsələlərdə köməyə ehtiyacınız yaranır?

Geri əlaqə almaq üçün üstünlük verdiyiniz yol hansıdır?

Özünüzdə nəyi inkişaf etdirmək istəyirsiniz?

Sizdə nə ən yaxşı alınır?

Sizi nə özünüzdən çıxarır?

Bütün qaydalara riayət edilərsə, tamamilə fərqli təcrübə və bacarıqlara sahib insanları bir komanda ətrafında birləşdirmək mümkündür. Belə bir layihədə ümumi düşüncədən fərqli

olsa belə fikrinizi ifadə etmək qorxulu olmayacaq, çünki fərd komandaya etibar edəcəkdir. Məhz belə bir şəraitdə yenilikçi fikirlər doğulur. “Microsoft” buna əmindir.

Nigar Umaxanlı, Finco.az

Ən sərfəli krediti almaq üçün müraciət et