"Microsoft" süni intellekt çipini istifadəyə verdi | Banco.az

"Microsoft" süni intellekt çipini istifadəyə verdi

Müəllif:Mehin Qasımova/Banco.az

"Microsoft" süni intellekt  çipini və ümumi məqsədli proqramlaşdırma əməliyyatları üçün "Arm" əsaslı çipi təqdim etdi.

Banco.az xəbər verir ki, şirkətdən verilən açıqlamada "Microsoft" mühəndislərinin illərlə apardıqları çoxmərhələli iş nəticəsində iki xüsusi çipdən ibarət inteqrasiya olunmuş sistemin hazırlandığı bildirilib.

Açıqlamada bildirilib ki, bu çiplərdən birincisi süni intellekt tapşırıqları və məhsuldar süni intellekt üçün optimallaşdırılmış “Microsoft Azure Maia AI Accelerator”, digəri isə “Arm-Microsoft Azure Cobalt CPU”dur. 

Məlumata görə, çiplərin gələn ilin əvvəlində şirkətin məlumat mərkəzlərinə paylanmağa başlayacağı və bunun ilkin olaraq şirkətin "Microsoft Copilot" və ya "Azure OpenAI Service" kimi xidmətlərini gücləndirəcəyi bildirilib.

Bəyanatda həmçinin, sənaye tərəfdaşlarının çiplərin səmərəli, miqyaslı və davamlı hesablama gücünə artan tələbatı, həmçinin ən son bulud və süni intellekt nailiyyətlərindən faydalanmaq istəyən müştərilərin ehtiyaclarını ödəməyə kömək etmək üçün genişlənən məhsul xəttinə qoşulacağı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et