Microsoft şirkətinin bazar dəyəri 2 trilyonu keçdi | Banco.az

Microsoft şirkətinin bazar dəyəri 2 trilyonu keçdi

Tamara Mustafayeva, Banco.az

"Apple" şirkətindən sonra daha bir texnologiya nəhəngi 2 trilyon dollarlıq bazar dəyərinə çatmağa müvəffəq olub.

Banco.az xarici mətbuata istinadla bildirir ki, ABŞ birjalarında icra edilməkdə olan "Microsoft" şirkətinin bir səhminin qiyməti dünən (22 iyun, çərşənbə axşamı) 1,1% bahalaşaraq 265 dolları üstələyərkən şirkətin bazar dəyəri də tarixində ilk dəfə 2 trilyon dollar səviyyəsini keçib.

Qeyd edək ki, xüsusən də pandemiya dövründə sürətlə dəyər qazanan texnologiya şirkətlərindən biri olan "Microsoft"un bazar dəyəri koronavirusun qlobal miqyasda pandemiya elan edildiyi mart 2020 tarixində 1.1 trilyon dollar idi. Bununla da, şirkət sözügedən dövrdə bazar dəyərini ümumilikdə 79% artırmağa nail olub. 

Xatırladaq ki, bu günlərdə "Windows"un yeni versiyası "Windows 11"i təqdim eyməyə hazırlaşan texnologiya nəhəngi 1 trilyon dollar səviyyəsini 2019-cu ilin iyun ayında keçmişdi.

Avqust 2018-də 1 trilyon dollarlıq bazar dəyərinə ilk dəfə çatan şirkət "Apple" isə ötən ilin avqust ayında da 2 trilyon dollarlıq bazar dəyərini keçən ilk Amerikalı şirkət olmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram