"Microsoft" şirkəti ChatGPT ilə bağlı addım atıb | Banco.az

"Microsoft" şirkəti ChatGPT ilə bağlı addım atıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” şirkəti dünən baş tutan tədbirdə ChatGPT-də yeni dövrün başlayacağını elan edib.

Banco.az xəbər verir ki, texnologiya nəhəngi “Microsoft” öz axtarış sistemi “Bing”i 2022-ci ilin sonunda istifadəyə verilən süni intellek əsaslı ChatGPT çatbotunun defolt axtarış sistemi olaraq inteqrasiya edib.

Bununla da, artıq ChatGPT bütün axtarışlarını “Bing” vasitəsilə həyata keçirəcək və istifadəçilərinə məlumat təqdim etmək üçün öz plaginlərindən istifadə etməli olmayacaq.

Qeyd edək ki, “Bing”in ChatGPT üçün defolt axtarış sisteminə çevrilməsi ilə çatbot indi daha aydın və daha aktual məlumatlara sahib olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, hazırda təkcə ChatGPT Plus istifadəçiləri üçün əlçatan olan yeni axtarış təcrübəsi tezliklə bütün istifadəçilər üçün aktiv ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et