"Microsoft" rüblük maliyyə göstəricilərini açıqlayıb | Banco.az

"Microsoft" rüblük maliyyə göstəricilərini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” şirkəti ilin ilk rübündə gəlirlərini artırıb.

Banco.az xəbər verir ki, yanvar-mart dövrünü maliyyə təqvimində üçüncü rüb kimi qəbul edən ABŞ-ın texnologiya nəhəngi “Microsoft” balans hesabatını açıqlayıb.

Hesabata əsasən müəyyən olub ki, şirkətin gəlirləri yanvar-mart dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 52,9 milyard dollara çatıb. “Microsoft” 2022-ci ilin yanvar-mart dövründə 49,4 milyard dollar gəlir əldə etdiyini açıqlamışdı.

Texnologiya nəhənginin xalis mənfəəti isə sözügedən dövrdə 9 faiz artaraq 18,3 milyard dollara çatıb. Ötən ilin eyni dövründə bu göstərici 16,7 milyard dollar idi.

Qeyd edək ki, “Microsoft”un səhmbaşına mənfəəti də bu müddət ərzində 2,22 dollardan 2,45 dollara yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram