Microsoft "Pinterest"i satın almağa təşəbbüs etdi | Banco.az

Microsoft "Pinterest"i satın almağa təşəbbüs etdi

Tamara Mustafayeva, Banco.az

Microsoft şirkətinin son aylar ərzində Pinterest platformasını satın almağa təşəbbüs etdiyi açıqlanıb.

Xatırladaq ki, şirkət 2016-cı ildə 26.2 milyard dollara LinkedIn platformasını satın almışdı.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Pinterest müstəqil şirkət kimi fəaliyyətini davam etdirmək istədiyi üçün şirkətlər arasındakı danışıqlar nəticə verməyib. Sözügedən xəbərdə qeyd edilir ki, Microsoft Pinterest platformasını satın almaqla aktiv onlayn istifadəçiləri bulud platformasına uyğunlaşdırmağı hədəfləyirdi. 

Qeyd edək ki, Pinterest şirkətinin səhmləri ötən üç ay ərzində 36% yüksələrək təqribən 50 milyard dollarlıq bazar dəyərinə çatıb. Platformaya ötən il 100 milyon yeni istifadəçi qoşulub və şirkətin rüblük gəliri 76% artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et