"Microsoft" maliyyə hesabatını açıqlayıb | Banco.az

"Microsoft" maliyyə hesabatını açıqlayıb

Müəllif:Mehin Qasımova,Banco.az

"Microsoft" 2026-cı maliyyə ilinin birinci rübünə (iyul–sentyabr dövrü) dair balans hesabatını açıqlayıb.

Banco.az xəbər verir ki, hesabata əsasən, şirkətin gəliri illik müqayisədə 18 faiz artaraq 77,7 milyard dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 65,6 milyard dollar təşkil edib.

Eyni zamanda, Microsoft-un xalis mənfəəti 12 faiz artaraq 27,7 milyard dollara yüksəlib. Keçən ilin eyni dövründə bu göstərici 24,7 milyard dollar idi.

Şirkətin səhm üzrə qazancı isə 3,30 dollardan 3,72 dollara qalxıb.

Analitiklər artımı əsasən bulud hesablama xidmətləri, süni intellekt həlləri və “Azure” platformasının güclü performansı ilə əlaqələndirirlər. Microsoft-un rəhbərliyi, növbəti rüblərdə də süni intellekt yönümlü məhsullardan əldə edilən gəlirlərin artacağını proqnozlaşdırır.