Müəllif:Mehin Qasımova/Banco.az
“Microsoft” korporasiyası “Microsoft Gaming” video oyunlar bölməsinə daxil olan kompüter oyunları tərtibatçıları Activision Blizzard, Xbox və ZeniMax şirkətlərinin 1,9 min və ya 8%-ni işdən çıxarmaq qərarına gəlib.
Banco.az xəbər verir ki, bu barədə Verge portalı məlumat yayıb .
Microsoft Gaming-in rəhbəri Fil Spenserin qeyd edib ki, prosesin bir hissəsi olaraq, 22 min nəfərlik oyun bölməmizin işçilərinin sayını 1,9 min nəfər azaltmaq barədə qərar qəbul etdik.
Məlumata görə, azalma əsasən Activision Blizzard-ın heyətinə təsir edəcək.
Bundan əlavə, Activision Blizzard-i Microsoft-da 20 ildən çox işləmiş Mayk İbarra və şirkətin baş dizayneri, həmtəsisçisi Allen Adamı tərk edəcək. "Microsoft" gələn həftə Activision Blizzard-ın yeni prezidentinin adını açıqlamağı planlaşdırır.
Bizi sosial şəbəkələrdən izləyin!!