"Microsoft” işçilərini Çindən köçməyə çağırıb | Banco.az

"Microsoft” işçilərini Çindən köçməyə çağırıb

Müəllif:Ayşən İmanova/Banco.az

“Microsoft” Çindəki süni intellekt və bulud bölmələrinin işçilərini başqa ölkəyə köçməyi düşünməyə dəvət edib.

Banco.az xəbər verir ki, şirkət əsasən Çin vətəndaşları da daxil olmaqla 700-800 işçini ABŞ, İrlandiya, Avstraliya və Yeni Zelandiya kimi ölkələrə köçməyə çağırıb.

“Microsoft” şirkətin bəzi işçilərə bu cür təkliflər etdiyini etiraf edib, lakin təfərrüatları açıqlamayıb. Məlumata görə, işçilər köçmək istəməsələr, Çində işləməyə davam edə bilərlər.

“Microsoft”un təklifi ABŞ və Çin arasında texnoloji rəqabətin gücləndiyi bir vaxta təsadüf edir. Belə ki, hələ 2022-ci ildə ABŞ hakimiyyəti Amerika şirkətlərinə və vətəndaşlarına Amerika texnologiyalarından istifadə etməklə yaradılmış yarımkeçiriciləri ixrac lisenziyası almadan Çinə satmağı qadağan edən yeni sanksiyalar tətbiq edib. Birləşmiş Ştatlar indi Amerika şirkətlərinin Çin təşkilatlarına süni intellekt çiplərindən istifadə etmək imkanı vermək üçün lisenziya almasını tələb edən qaydaları sərtləşdirməyi nəzərdən keçirir.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əvvəl bildirilib ki, “Microsoft”un süni intellekt və bulud texnologiyaları sahəsində inkişaflarla məşğul olan Çin bölmələri Amerika hakimiyyətinin diqqətini cəlb edir. Bu bölmələr şirkətin bütün dünyada istifadə olunan məhsullarının hazırlanmasında iştirak edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram