Microsoft işçilərinə rəqib firmaların xidmətlərindən istifadəni qadağan edir | Banco.az

Microsoft işçilərinə rəqib firmaların xidmətlərindən istifadəni qadağan edir

Microsoft firması öz proqramlarını qorumaq üçün işçilərinə Google Docs, Slack və Amazon Web kimi bəzi qərib firmalara məxsus xidmətlərdən istifadə edilməsini qadağan edir.

Xüsusilə də, rəqiblər bütün görüşlər, layihələr və digər fəaliyyətlərlə bağlı məlumatları ələ keçirmək üçün fürsət axtardıqları bir şəraitdə şirkətin bu məlumatları gizli saxlaması ustalıq tələb edir. Odur ki, Microsoft bundan əmin olmaq üçün işçiləri üçün qadağan edilmiş bəzi onlayn xidmətlərin siyahısını hazırlayıb. Bu siyahıda Slack, Google Docs, Amazon Web kimi ən müasir peşəkar xidmətlərin də adları qeyd edilib.

İşçilər arasında əlaqəni asanlaşdıran, məlumatları saxlama və bölüşmə xüsusiyyətləri olan bu xidmətlərin bəzilərinin populyarlığına rəğmən, Microsoft hər kəsin bütün məlumatları öz proqramları daxilində və şirkət içərisində saxladığından əmin olmaq istəyir. Bununla yanaşı qeyd edək ki, Microsoft firmasının öz məhsulu olan GitHub da qadağan edilmiş xidmətlərdən biridir.

Ən sərfəli kredit üçün müraciət et

Bu taktika ilə Microsoft firması Google və Amazon kimi şirkətlərin onlara məxsus məxfi informasiyalara çıxış əldə etməsinin qarşısını almağa çalışır.

Sözügedən qadağanın etik cəhətdən də çox məntiqli olduğunu vurğulamalıyıq, çünki ümumilikdə hər hansı bir şirkətin içşisinin rəqib firmanın məhsulunu istifadə etməsi heç də yaxşı təəssürat doğurmur. Məsələn, Apple firmasında işləyən bir işçinin öz işlərini Microsoft kompüterlərində icra etməsini düşünə bilirsiniz?

Həmçinin oxu: Microsoft-dan Apple-a “SATAŞAN” yeni reklam filmi

Tamara Mustafayeva, Banco.az