Microsoft "Internet Explorer"in ləğv ediləcəyi tarixi AÇIQLADI | Banco.az

Microsoft "Internet Explorer"in ləğv ediləcəyi tarixi AÇIQLADI

Tamara Mustafayeva, Banco.az

Bir vaxtlar internet deyildikdə ilk yada düşən brazuer "Internet Explorer" artıq tarixə çevrilmək üzrədir. Belə ki, Microsoft şirkəti 26 illik keçmişi olan "Internet Explorer"in deaktiv ediləcəyi rəsmi tarixi açıqlayıb.

Banco.az xarici mətbuata istinadla bildirir ki, "Windows"un rəsmi blog səhifəsində yayımlanan açıqlamaya görə, "Internet Explorer"in istifadəsi 15 iyun 2022-ci ildə tamamilə dayandırılacaq.

Şirkət "Internet Explorer 11" masaüstü tətbiqinin 15 iyun 2022-ci ildən etibarən artıq "Windows 10" əməliyyat sistemi tərəfindən dəstəklənməyəcəyini bildirib. 

Qeyd edək ki, Microsoft şirkəti ilk dəfə 1995-ci ildə həyatımıza daxil olan "Internet Explorer" brauzerinin istifadəsini indiyədək dəfələrlə dayandırmağa qərar vermiş, ancaq 2019-cu ildə təhlükəsizlik tədbirləri çərçivəsində brazueri təkmilləşdirməli olmuşdu.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et