Microsoft-da kütləvi ixtisar | Banco.az

Microsoft-da kütləvi ixtisar

Bununla korporasiya xərclərini 600 milyon dollar həcmində azaldacaq.

Microsoft korporasiyası 18 min əməkdaşını işdən çıxartmaq niyyətindədir. Bu isə şirkətdə çalışanların 14 faizi deməkdir.

Bu, şirkətin 39 illik tarixi ərzində ən genişmiqyaslı işçi çıxartmaq dalğası olacaq.

12500 iş yerinin ixtisarı Microsoft-un Nokianı almasından sonra yaranan ikili işlərin aradan qaldırılması ilə bağlıdır.

Aprel ayında Microsoftun Nokianı alması işçilərin sayını 25 min artırmışdı.

Qeyd edək ki, Microsoft Nokianı 7,2 milyard dollara almışdı.

Ən sərfəli kredit üçün müraciət et

Mənbə: anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et