"Microsoft" bu şirkətə milyardlarla dollar sərmayə qoyuluşu həyata keçirib | Banco.az

"Microsoft" bu şirkətə milyardlarla dollar sərmayə qoyuluşu həyata keçirib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” “OpenAI” şirkətinə milyardlarla dollar sərmayə qoyaraq əməkdaşlığı genişləndirir.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “Microsoft” xərcləri azaltmaq məqsədi ilə 10 min işçini işdən çıxarmağı planlaşdırdığı həftə süni intellekt texnologiyası şirkəti olan “Open AI” ilə milyardlarla dollar sərmayə yatırmaqla mövcud əməkdaşlığını genişləndirdiyini açıqlayıb.

Şirkət sözügedən sərmayə qoyuluşunun müştəriləri üçün təhlükəsiz, faydalı və güclü süni intellektin inkişafı üçün istifadə ediləcəyini bildirib.

“Microsoft”un CEO-su Satya Nadella qeyd edib ki, “Microsoft” “Open AI”nin əsas sistemlərini kommersiya platformaları kimi təqdim etməyi planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et