Müəllif:Ayşən İmanova/Banco.az
Amerika texnologiya nəhəngi “Microsoft” Fransada bulud və süni intellekt infrastrukturunun yaradılmasına 4 milyard avro (təxminən 4,3 milyard dollar) sərmayə qoymaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə şirkətin prezidenti Bred Smit “Le Figaro” qəzetinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, vəsaitlərin əhəmiyyətli bir hissəsi süni intellekt sektorunun inkişafı, həmçinin Fransanın şərqində yerləşən Müluz şəhərində məlumat mərkəzinin yaradılması üçün istifadə olunacaq.
Şirkət həmçinin 2027-ci ilə qədər bir milyon insana təlim keçmək və Avropada 2500 startapı dəstəkləmək niyyətini açıqlayıb.
Xatırladaq ki, “Microsoft” bu ilin əvvəlində Parisdə yerləşən və “OpenAI” ilə rəqabət aparan “Mistral AI” startapına 15 milyon avro sərmayə qoyaraq tərəfdaşlıq elan etmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!