"Microsoft" bu ölkədə süni intellektin inkişafına 1,3 milyard dollar sərmayə qoyacaq | Banco.az

"Microsoft" bu ölkədə süni intellektin inkişafına 1,3 milyard dollar sərmayə qoyacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikanın "Microsoft" şirkəti üç il ərzində Meksikada süni intellekt və bulud hesablama infrastrukturunu genişləndirmək üçün 1,3 milyard dollar sərmayə qoymağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Satya Nadella bildirib.

Onun sözlərinə görə, xüsusilə investisiyalar kiçik və orta biznesə yeni texnologiyaların tətbiqinə, habelə Meksika hökumətinin əhalinin süni intellekt sahəsində bacarıqlarının artırılması təşəbbüsünü dəstəkləməyə yönəldiləcək ki, bu da təxminən 5 milyon insanı əhatə edəcək.

Bildirilib ki, "Microsoft" Meksika şirkətləri, o cümlədən "Grupo Bimbo" və "Cemex", təhsil müəssisələri, eləcə də "Monterrey" Texnologiya İnstitutu ilə əməkdaşlıq edir.

Qeyd edək ki, çərşənbə axşamı ticarətdən sonra "Microsoft"un səhmləri 0,2% bahalaşıb. İlin əvvəlindən şirkətin kapitallaşması 14,1% artaraq 3,19 trilyon dollara çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram