“Microsoft” Almaniyaya 3,2 milyard avro investisiya qoyuluşu planlaşdırır | Banco.az

“Microsoft” Almaniyaya 3,2 milyard avro investisiya qoyuluşu planlaşdırır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Microsoft” Almaniyaya 3,2 milyard avro investisiya yatırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya şirkəti “Microsoft”un yaxın iki ildə Almaniyaya, xüsusilə də süni intellekt sahəsinə 3,2 milyard avro sərmayə qoymağı planlaşdırdığı bildirilib.

“Microsoft” şirkətinin prezidenti Bred Smit paytaxt Berlində Almaniya kansleri Olaf Şolzla görüşündən sonra açıqlama verib.

Onun sözlərinə görə, ABŞ şirkəti Almaniyadakı fəaliyyətini genişləndirmək üçün 2025-ci ilin sonuna qədər bu ölkəyə təxminən 3,2 milyard avro sərmayə qoymağı planlaşdırır.

Smit bildirib ki, “Microsoft” Almaniyaya ötən 40 ildə ən böyük sözügedən sərmayəsi ilə ölkədəki süni intellekt və məlumat mərkəzi infrastrukturunun tutumunu iki qat artırmağı və təlim proqramlarını genişləndirməyi hədəfləyir.

Ən sərfəli kredit üçün müraciət et

O, həmçinin sözügedən investisiya üçün Almaniya hökumətindən "heç bir subsidiya almadıqlarını və ya tələb etmədiklərini" də vurğulayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram