Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ-nin texnologiya nəhəngi “Microsoft” 60 milyard dollar həcmində səhmlərin geri alınması proqramına başlamaq niyyətindədir.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin bəyanatına istinadən məlumat yayıb.
Bildirilib ki, proqramın bitmə tarixi yoxdur və istənilən vaxt başa çata bilər.
Bundan əlavə, “Windows” tərtibatçısı rüblük dividendlərin 10% artaraq hər səhmə görə 0,75 dollardan 0,83 dollara qədər artdığını açıqlayıb. Ödənişlər dekabrın 12-də baş tutacaq, səhmdarların reyestrinin bağlanması isə noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, “Microsoft”un səhmləri çərşənbə axşamı ticarətdən sonra 0,7% artıb. Bu ilin əvvəlindən şirkətin bazar dəyəri 14,7% (3,2 trilyon dollara qədər) artıb.