"Microsoft" 40 milyard dollar dəyərində öz səhmlərini geri alacaq | Banco.az

"Microsoft" 40 milyard dollar dəyərində öz səhmlərini geri alacaq

Dünyanın ən böyük proqram istehsalçısı olan "Microsoft"un Direktorlar Şurası şirkətin 40 milyard dollar dəyərində öz səhmlərinin geri alınması proqramını təsdiqləyib.

Yeni geri alma proqramının vaxt məhdudiyyəti yoxdur və istənilən vaxt ləğv edilə bilər.

Bu, analoji miqyasda olan üçüncü "buyback" proqramıdır. Əvvəlki oxşar proqramlar 2013 və 2016-cı illərdə Direktorlar Şurası tərəfindən təsdiq edilib.

Ən sərfəli kredit üçün müraciət et

"Microsoft" eyni zamanda rüblük dividendləri 5 sent artıraraq bir səhm üçün 0,51 dollara çatdırmağı qərara alıb. Bu isə əvvəlki rüblə müqayisədə 11% çoxdur. Dividend ödənişi dekabrın 12-nə təyin edilib.

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et