Microsoft 20 milyardlıq "bulud gəlirləri hədəfinə" çatmaq üzrədir | Banco.az

Microsoft 20 milyardlıq "bulud gəlirləri hədəfinə" çatmaq üzrədir

Microsoft ötən Cümə axşamı günü 2017 maliyyə ilinin yekunlarına dair yeni müsbət nəticələr açıqlayıb. Kompaniya yenə də gözləntiləri üstələyib. Şirkət 24,7 milyard dollar gəlir üzərindən 7,7 milyard dollar mənfəət qazanıb. Windows 10 və eləcə də Office 365  özünü doğruldur.

Amma ki, şirkətin özünün “bulud” (cloud) biznesinə 2015-ci ilin aprelində hədəf seçdiyi ambisiyalı hədəfinə çatmaq üçün hələ Microsoft uzun yol qət etməlidir.  Şirkətin baş icraçı dirketoru Satya Nadellanın sözlərinə əsasən, onun şirkətin hədəfi, 2018-ci il maliyyə ilinin sonuna öz bulud xidmətləri servisindən (Office 365 commercial, Azure, Dynamics Online və digər bulud mülkiyyətlərindən) 20 milyard dollar mənfəətə nail olmaqdır. Ötən rüb ərzində şirkətin qeyd edilən biznesdən $ 18,9  milyard dollar gəlir qazanması ümid etməyə əsas verir ki, şirkət verdiyi vədin öhtəsindən gələ biləcək. Mgər Microsoft son iki il ərzində yaxaladığı impulsu qoruya bilsə, onda  bu hədəfə daha erkən də nail ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et