Meyvə tərəvəzin qiyməti niyə bahalaşır? | Banco.az

Meyvə tərəvəzin qiyməti niyə bahalaşır?

Müəllif - Şəbnəm Mehdizdə, Banco.az

Sağlam qidanın təməlini meyvə və tərəvəzlər təşkil edir. Lakin getdikcə faydalı və təzə meyvə-tərəvəz almaq sözün bütün mənalarında “qlobal” problemə çevrilib. Çünki son aylar ərzində bazarlarda, yarmarkalarda meyvə və tərəvəzin qiymətləri günü-gündən bahalaşır. Bahalı qiymətlər isə getdikcə qida rasionumuzdan sağlam məhsulları çıxarmağımızla nəticələnir.

Bəs görəsən, meyvə tərəvəzin qiyməti niyə bahalaşır?

Mövzu ilə bağlı Banco.az-a danışan iqtisaçı ekspert Altay İsmayılov bildirib ki, sahibkarlar məcburiyyət qarşısında qalaraq məhsulun maya dəyərini artırır:

“İlk növbədə qeyd edim ki, qiymət artımlarında mövsüm amili ciddi rol oynayır. Noyabr ayının ortasındayıq və hazır məhsulun həcmində azalma var. Hazırda bazarlarda bundan qaynaqlanan qiymət artımı müşahidə olunur. Digər tərəfdən son üç il ərzində müharibə və pandemiya fonunda dünyada ərzaq çatışmazlığı ciddi problemə çevrilib. Bu təbii olaraq yerli bazarlara da öz təsirini göstərir. Ərzaq çatışmazlığının əsas səbəbi isə inflyasiyanın yüksək olması ilə əlaqələndirilir. Kənd təsərrüfatı məhsullarının istehsala prosesində xərcləmələr xeyli artıb. Sahibkarlar məcburiyyət qarşısında qalaraq məhsulun maya dəyərini artırır”.

Ən sərfəli kredit üçün müraciət et

Ekspert təəssüflə bildirib ki, qiymətlərin azalma ehtimalı mümkün görünmür:

“Növbəti mərhələdə qiymətlərin azalacağını düşünmürəm. Çünki qlobal iqtisadiyyatın inkişaf dinamikası müsbət deyil. İnflyasiyanın yaxın zamanlarda azalacağı gözlənilir. Nəticə etibarilə bazarlarda kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalacağı da gözlənilmir”.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Şəbnəm Mehdizdə

 

Ən sərfəli krediti almaq üçün müraciət et