Meyvə bağlarını sığortalamaq niyə vacibdir? | Banco.az

Meyvə bağlarını sığortalamaq niyə vacibdir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Meyvəçilik gəlirli və rentabelli sahədir. Bu sahənin inkişafı üçün aqra sığortanın tətbiqi əvəzsizdir.

Banco.az xəbər verir ki, müstəqil aqrar sığorta eksperti Zülfü Məmmədov bildirib ki, hazırda respublikada meyvə bağları daha çox dolu, sel və şaxtadan, üçüncü şəxslərin ziyan vurmasına qarşı sığortalanır.

“Eyni zamanda yeni salınan meyvə bağları, tinglər formasında olsa belə sığortaya cəlb edilə bilər. Biz quraqlıqdan əziyyət çəkən 35 ölkə arasında 18-ci yerdəyik. Bu istiqamətdə də tədbirlərimiz davam etdirilir.  Kiminsə meyvə bağında oğurluq faktı, eyni zamanda yanğın və heyvanların zərər vurması halı baş verərsə onun sığortalanması mümkündür. Bu baxımdan təsərrüfatların qorunması üçün aqrar sığortanın əhəmiyyəti böyükdür”.

Aqrar Sığorta Fondun fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırır ki, ölkəmizdə dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə meyvə bağlarını digər risklərlə yanaşı, şaxtavurma (donvurma) və normadan artıq qar yağıntıları risklərindən də sığortalamaq mümkündür.

Qeyd edək ki, hazırda Azərbaycanda nar bağlarının sığortalanması da geniş vüsət alıb. Azərbaycanda 22 min hektardan çox nar bağı var. Narın ən çox əkildiyi bölgələr Göyçay, Kürdəmir, Ağsu, Ucar, Hacıqabul, Saatlı, Sabirabad və digər bölgələrdir. Nar ölkənin daxili tələbatını ödəməklə yanaşı, xaricə ən çox ixrac olunan məhsullardandır. 2021-ci ildə xaricə nar ixracı Azərbaycana 18 milyon dollardan artıq gəlir gətirib .

Nar bağlarının sığortalanması üzrə aqrar sığorta haqları bağın yerləşdiyi regiondan, məhsuldarlıq səviyyəsindən və məhsulun qiymətindən asılıdır. Ölkənin müxtəlif regionlarında narın baza zərfi üzrə sığorta tarifləri 1,62 faiz - 3,08 faiz arasında dəyişir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən nar ilə yanaşı, xurma, alma, armud, alça, albalı, gilas, ərik, şaftalı (nektarin), çiyələk, gavalı və heyva bağlarını da aqrar sığorta vasitəsilə sığortalamaq mümkündür.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et