Dünyanın ilk islam bankı metaverse daxil oldu | Banco.az

Dünyanın ilk islam bankı metaverse daxil oldu

Dünyanın ilk islam banklarından biri və Küveytin ilk bankı olan Warba Bank “metaverse” dünyasına daxil olduğunu elan etdi. Bank, Decentraland və Sandbox-da ərazi alıb və bununla da, Warba Bank metaversdə filialı olan ilk islam bankı oldu.

Warba Bank-ın Dəstək Xidmətləri və Xəzinədarlıq üzrə icraçı vitse-prezidenti Anwar Bader Al-Ghaith: “Warba Bank-ın virtual reallığa daxil olmaq marağı Web3-də rəqəmsal transformasiya meylləri ilə bağlıdır. Virtual reallıq dünyası bir sıra qabaqcıl sahələrdə, o cümlədən xidmətlər, təhsil, səhiyyə və digər sahələrdə istifadə olunur. Warba Bank isə virtual reallıqda müştərilərinə daha yaxın olmağı, məhsul və xidmətlərini təqdim etməyi hədəfləyir. Audiovizual texnologiyalarla gücləndirilmiş virtual reallıq regionlar arasında gediş-gəlişi və virtual fəaliyyətlərdə iştirak etməyi asanlaşdırır, həmçinin bu virtual reallıqda üç ölçüdə təmsil olunan çoxsaylı ehtiyac və tələbləri ödəyir. Warba Bank öz gənc müştərilərini dəstəkləməyə sadiqdir, buna görə də metaverse daxil olur.”

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et