"Meta"nın gəliri və mənfəəti artıb | Banco.az

"Meta"nın gəliri və mənfəəti artıb

Müəllif:Ayşən İmanova/Banxo.az

Amerikanın “Meta” korporasiyası 2024-cü ilin ikinci rübündə xalis mənfəətini 1,7 dəfə, gəlirini isə 22% artırıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

“Meta” aprel-iyun aylarında xalis gəlirinin keçən ilin eyni dövründəki 7,79 milyard dollar və ya hər bir səhm üçün 2,98 dollar ilə müqayisədə 13,47 milyard dollar və ya hər bir səhm üçün 5,16 dollar olduğunu bildirib. “FactSet”in sorğusuna qatılan ekspertlər orta hesabla hər səhmə görə bu rəqəmin 4,8 dollar olacağını gözləyirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Martın sonunda şirkətin xidmətlərində (Facebook, Instagram, Messenger və WhatsApp) gündəlik aktiv insanların (DAP) orta sayı 3,27 milyard nəfər təşkil edib ki, bu da bir il əvvəlkindən 7% çoxdur.

Məlumata görə, “Meta” üçüncü rübdə 38,5 milyard dollardan 41 milyard dollara qədər gəlir proqnozlaşdırır.
 
Son rübdə şirkət öz səhmlərinin 6,32 milyard dollarını geri alıb və 1,27 milyard dollar dividend ödəyib.

Qeyd edək ki, “Meta” səhmləri hesabatın dərcindən sonra çərşənbə günü əlavə ticarətdə 7,2% bahalaşıb. Bu ilin əvvəlindən onların dəyəri 34% artıb.

Ən sərfəli krediti almaq üçün müraciət et