Metallurgiya nəhəngi Fransada istehsalı dayandırdı | Banco.az

Metallurgiya nəhəngi Fransada istehsalı dayandırdı

Müəllif - Aida İsaq, Banco.az

Dünyanın ikinci ən böyük polad istehsalçısı olan “ArcelorMittal Group” Fransada istehsalın azaldığını bildirib.

Banco.az xəbər verir ki, Fos-sur-Merdəki zavodunda iki yüksək sobadan birincisi tələbin azalması səbəbindən bağlanır.

Şirkətin direktoru Bruno Ribot bazar şərtləri imkan verdiyi təqdirdə istehsalın yenidən bərpa ediləcəyini bildirib.

“ArcelorMittal Group” ardıcıl ikinci rübdür itkilərini bərpa edə bilməyib. Daha öncə isə Ukraynadakı ən böyük istehsal müəssisələrindən birini bağlayıb. Fransada istehsalın dayandırılması enerji qiymətlərinin yüksəlməsi və Avropada artan polad idxalının güclü təsiri, həmçinin makroiqtisadi şəraitin əhəmiyyətli dərəcədə pisləşməsi ilə əlaqələndirilib.

Məlumata görə, Fos-sur-Mer sahəsində 2500 subpodratçı var. Domna sobaları, yüz milyonlarla avro dəyərində sənaye avadanlığı tam soyudulduqları halda həmişəlik istismardan çıxacaq. Sentyabrın əvvəlində “ArcelorMittal Group”  yüksək rəqabətli mühitdə məhsullarına olan tələbatın azalması və enerji qiymətlərinin yüksəlməsi ilə mübarizə aparmaq üçün Almaniya və İspaniyadakı sobalarını bağlamaq qərarına gəlmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et