Metakainat nədir? | Banco.az

Metakainat nədir?

Facebook-un rəhbəri Mark Zuckerberg şirkətin adının dəyişdirilərək “Meta” adlanacağını elan etdikdən sonra “metaverse” mediada ən çox müzakirə edilən mövzulardan biri oldu. Bəs Metaverse nədir?

Metaverse – insanların virtual mühitdə əlaqə qurmasına imkan verən rəqəmsal dünyadır. Metaverse sözü meta və universe sözlərinin birləşməsindən yaranır. Meta – kənar, Universe – kainat deməkdir. Metaverse sözü ilk dəfə Nil Stivensonun “Snow Crash” fantastik romanında qeyd edilmişdir. Bu romanda real insanların avatarlarının olduğu üç ölçülü virtual dünya metaverse adlanırdı. N.Stivensonun fikrincə, metaverse fiziki və virtual reallıqları birləşdirən internetin inkişafının növbəti mərhələsidir.

Metaverse insanların real həyatda edə bildiyi bir çox şeyi virtualda da etməsinə imkan yaradır. İstənilən şəxs özünə avatar yarada və bu avatarla iş, səyahət, oyun oynamaq, konsertə getmək, alış-veriş kimi bir çox gündəlik fəaliyyətləri edə və zamanla inkişaf edəcək virtual dünyanın bütün imkanlarından yararlana bilərlər. Bunun üçün isə VR və ya ağıllı eynək texnologiyasından istifadə nəzərdə tutulur. Virtual reallıq texnologiyası hazırda daha çox oyunlarda istifadə olunur.

Ən sərfəli kredit üçün müraciət et

kriptoinvest.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et