Metak MMC-nin yeni anderrayteri təyin olundu | Banco.az

Metak MMC-nin yeni anderrayteri təyin olundu

“METAK” Məhdud Məsuliyyətli Cəmiyyəti  16 aprel 2019-cu il tarixində dövlət qeydiyyatına alınmış istiqrazların emissiya prospektinin bəzi bəndlərinə dəyişiklik edilməsi  barədə qərar qəbul etmişdir.

Belə ki, istiqrazların emissiya prospektində “METAK” MMC -nin istiqrazlarının yerləşdirilməsində iştirak edən anderrayter olaraq "İnvest-AZ İnvestisiya Şirkəti” QSC müəyyən edilmişdir. Lakin onun yerli istiqraz bazarında deyil, daha çox Forex birjasında ixtisaslaşmasını nəzərə alaraq "Unicapital İnvestisiya Şirkəti” QSC-yə dəyişilməsi məqsədə uyğun hesab edilmişdir. “Unicapital İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin “METAK” MMC -nin yeni anderrayteri təyin edilməsi qərara alınmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, AR Maliyyə Bazarlarına Nəzarət Palatası istiqrazların yerləşdirməsini həyata keçirən anderrayterin dəyişdirilməsi ilə əlaqədar “MET-AK” MMC -nin 08.04.2019-cu il tarixdə AZ2003020271 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmış istiqrazların emissiya prospektinin 13.1-ci,15.12 və 15.13-ci bəndinə edilən dəyişiklikləri dövlət qeydiyyatına almışdır.

Ən sərfəli krediti almaq üçün müraciət et