"Meta" yeni sosial media platforması hazırlığındadır | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

"Meta" yeni sosial media platforması hazırlığındadır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İlon Mask tərəfindən satın alıqdan sonra “Twitter”in daha da populyarlaşması sosial media nəhəngi “Meta”nı hərəkətə keçirib.

Banco.az xəbər verir ki, ABŞ-ın sosial media şirkəti “Meta” mərkəzləşdirilməmiş sosial media tətbiqi üzərində işlədiyini təsdiqləyib.

Bu barədə şirkətin sözçüsü açıqlama verib.

“Mətnlərin paylaşılması üçün üçün mərkəzləşdirilməmiş sosial şəbəkə üzərində işləyirik. İnanırıq ki, bu, kontent yaradıcılarına və ictimai fiqurlara maraq dairələrinə uyğun yenilikləri vaxtında bölüşməyə imkan yaradacaq.”

Qeyd edək ki, hazırlıq mərhələsində olan mərkəzləşdirilməmiş tətbiqin kod adı “P92”dir.

Tətbiqin istifadəçilərə "Instagram" məlumatları ilə daxil olmağa imkan verəcəyi gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram