"Meta" virtual reallıq eynəklərini bazara çıxarmağa hazırlaşır | Banco.az

"Meta" virtual reallıq eynəklərini bazara çıxarmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” şirkəti “Apple”ın virtual reallıq eynəyi olan “Vision Pro” ilə rəqabət apara biləcək məhsul hazırlayır.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Apple”ın virtual və arıtırılmış reallıq sahəsində etdiyi yeniliklər son zamanlar böyük marağa səbəb olmaqdadır. Digər texnologiya şirkətləri də bu sahədəki boşluğu görərək investisiyalarını buraya köçürür.

Odur ki, “Meta” şirkəti də “Apple Vision Pro” ilə rəqabət apara biləcək virtual reallıq (AR) eynəyi istehsal edəcək.

“Meta”nın gələn il təqdim etməyi planlaşdırdığı AR eynəkləri “Vision Pro”dan daha aşağı qiymətə satışa çıxarılacaq. “Meta” qulaqlıqları və idarəetmə tutacaqlarını ləğv edərək AR eynəklərini yalnız əl və göz hərəkətləri ilə idarə etməyi hədəfləyir. Şirkət virtual reallıq eynəkləri bazarında güclü mövqe qazanmağı planlaşdırır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, “Apple” bu ilin iyun ayında keçirilən “Apple Worldwide Developers Conference” tədbirində virtual reallıq eynəklərini təqdim etmişdi. Şirkətin fikrincə, “Vision Pro” rəqəmsal mühiti real dünya ilə birləşdirir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et