"Meta" son rübdə proqnozlardan çox gəlir əldə edib | Banco.az

"Meta" son rübdə proqnozlardan çox gəlir əldə edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta”nn ötən ilin IV rübü üzrə gəlirləri proqnozları üstələyib.

Banco.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi olan “Meta” şirkəti 2022-ci ilin oktyabr-dekabr ayları üzrə balans hesabatını açıqlayıb.

Buna görə, şirkətin ötən ilin 4-cü rübündəki gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz azalaraq 32,2 milyard dollara enib. “Meta” 2021-ci ilin 4-cü rübündə 33,7 milyard dollar gəlir əldə etmişdi.

Sözügedən dövrdə şirkətin gəlirləri azalsa da, yenə də 31,6 milyard dollarlıq bazar gözləntilərini üstələyib.

Ən sərfəli kredit üçün müraciət et

“Meta”nın xalis mənfəəti isə ötən ilin dördüncü rübündə 55 faiz azalaraq 4,7 milyard dollar olub. Şirkət 2021-ci ilin son rübündə 10,3 milyard dollar mənfəət əldə etdiyini açıqlamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et