"Meta" şirkəti xalis mənfəətini əsaslı şəkildə artırıb | Banco.az

"Meta" şirkəti xalis mənfəətini əsaslı şəkildə artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta”nın gəlirləri və mənfəəti ötən rübdə artım göstərib.

Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi “Meta” 2023-cü ilin oktyabr-dekabr dövrü üzrə balans hesabatını açıqlayıb.

Hesabata görə, şirkətin ötən ilin son rübündə gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 25 faiz artaraq 40,1 milyard dollara çatıb.

Şirkət ötən ilin eyni dövründə 32,2 milyard dollar gəlir əldə etmişdi.

“Meta”nın xalis mənfəəti ötən ilin dördüncü rübündə 201 faiz artaraq 14 milyard dollara yüksəlib. Şirkət ötən ilin son rübündə 4,6 milyard dollar xalis mənfəət açıqlamışdı.

“Meta”nın ümumilidə 2023-cü ildəki gəliri isə illik 16 faiz artımla 134,9 milyard dollar, xalis mənfəəti də 69 faiz artımla 39,1 milyard dollar olaraq hesablanıb.

Qeyd edək ki, şirkətin 2022-ci ilin dördüncü rübündə 1,76 dollar olan səhm üzrə mənfəəti ötən ilin eyni dövründə 5,33 dollara çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram