"Meta" şirkəti "Twitter"ə rəqib olan "Threads"ı işə salır | Banco.az

"Meta" şirkəti "Twitter"ə rəqib olan "Threads"ı işə salır

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” şirkəti “Twitter” platformasına rəqib olan “Threads” tətbiqini iki gün sona işə salacaq.

Banco.az xəbər verir ki, “Instagram” və “Facebook” platformalarının ana şirkəti “Meta” iyulun 6-da “Twitter”ə rəqib olacaq yeni sosial media platforması “Threads”i istifadəyə verəcək.

BBC-nin xəbərinə görə, güman edilir ki, pulsuz tətbiqdə baxıla bilən məzmunun sayına heç bir məhdudiyyət olmayacaq.

Yeni platformanın “Twitter” ilə oxşarlığı tətbiqin interfeysinin vizuallarında diqqəti çəksə də, “Meta” şirkəti “Threads”in "mətn əsaslı söhbət proqramı" olacağını açıqlayıb.

Ən sərfəli kredit üçün müraciət et

“App Store”dan yüklənməli olan “Threads” yer məlumatları, satın alınan məhsullar və internet tarixçəsi kimi bir çox məlumatlara çıxış əldə edəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et