"Meta" şirkəti NFT texnologiyasından imtina edir | Banco.az

"Meta" şirkəti NFT texnologiyasından imtina edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” şirkəti “Instagram” və “Facebook”da NFT və rəqəmsal kolleksiya xüsusiyyətlərini ləğv edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin Ticarət və Maliyyə Texnologiyaları rəhbəri Stefan Kasriel rəsmi “Twitter” hesabından açıqlama verib.

Məlum olduğu kimi, aparıcı sosial media proqramlarına sahib olan “Meta” şirkəti bu yaxınlarda “Instagram” və “Facebook”da NFT məzmununun istehsalına və satışına imkan verən bir sistem yaratmışdı. Ancaq bu yenilikçi addımın ömrü uzun olmadı.

Belə ki, keçən ilin may ayında bəzi “Instagram” istifadəçiləri və iyun ayında bəzi “Facebook” istifadəçiləri ilə sınaqdan keçirilməyə başlayan NFT xüsusiyyəti artıq sözügedən platformalarda əlçatan olmayacaq.

Ən sərfəli kredit üçün müraciət et

“Kontent yaradıcılarını, insanları və biznesləri dəstəkləməyin digər yollarına diqqət yetirmək üçün hələlik rəqəmsal kolleksiyaları (NFTs) bağlayırıq”, deyə Stefan Kasriel yazıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et