"Meta" şirkəti mənfəətini iki dəfə artırıb | Banco.az

"Meta" şirkəti mənfəətini iki dəfə artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” şirkətinin gəliri cari ilin I rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 27 faiz artıb.

Banco.az xəbər verir ki, “Facebook”, “Instagram” və “WhatsApp” platformalarının sahibi “Meta” yanvar-mart dövrü üzrə balans hesabatını açıqlayıb.

Balans hesabatına görə, şirkətin bu ilin ilk rübündəki gəliri ötən ilin eyni dövrünə görə 27 faiz artaraq 36,5 milyard dollara çatıb. “Bloomberg” nəşrinin anket sorğusunda iştirak edən iqtisadçıların orta proqnozu 36,1 milyard dollar təşkil edirdi. “Meta” 2023-cü ilin ilk rübündə 28,6 milyard dollar gəlir əldə etmişdi.

Şirkətin xalis mənfəəti bu ilin ilk rübündə 117 faiz artaraq 12,4 milyard dollara çatıb. Şirkət 2023-cü ilin birinci rübündə 5,7 milyard dollar mənfəət açıqlamışdı.

“Meta”nın 2023-cü ilin birinci rübündə 2,20 dollar olan səhm üzrə mənfəəti bu ilin eyni dövründə 4,71 dollara yüksəlib.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətin işçilərinin sayı mart ayının sonuna olan məlumata görə, ötən ilə nisbətən 10 faiz azalaraq 69 min 329 nəfərə enib.

Qeyd edək ki, “Meta” ilin ikinci rübündə 36,5 - 39 milyard dollar aralığında gəlir gözlədiklərini açıqlayıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et