Müəllif: Tamara Mustafayeva, Banco.az
Avstraliya “Meta” şirkətini aldadıcı reklama görə cərimələyib.
Banco.az xəbər verir ki, Avstraliyada Federal Məhkəmə “Meta”nı törəmə şirkətləri “Onavo Inc” və “Facebook” İsraili təhlükəsizlik proqramı üçün istifadə edilən çaşdırıcı reklamlara görə 20 milyon dollar cərimələyib.
Avstraliya Rəqabət və İstehlakçı Komissiyası (ACCC) istifadəçi məlumatlarını qoruyurmuş kimi reklam edilən Onavo Protect VPN tətbiqini tanıtmaqla müştəriləri çaşdırdığını iddia edərək Federal Məhkəmədə şirkətə qarşı iddia qaldırıb.
Federal Məhkəmə isə “Meta”nın törəmə şirkətləri olan “Facebook İsrail” və “Onavo Inc”in Onavo Protect tətbiqi ilə bağlı adekvat xəbərdarlıq etmədən tətbiqi reklam edərək istifadəçiləri çaşdırdığına və istifadəçi məlumatlarını kommersiya məqsədləri üçün topladığına dair hökm çıxarıb.
Qeyd edək ki. sözügedən VPN proqramı Avstraliyada 2016-cı ilin fevralından 2017-ci ilin oktyabrına qədər 271 min dəfə endirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!