Müəllif:Mehin Qasımova,Banco.az
Facebook, Instagram və WhatsApp-ın sahibi olan "Meta" 2025-ci ilin üçüncü rübünə dair maliyyə hesabatını açıqlayıb.
Banco.az xəbər verir ki, "Meta"nın gəliri 51,2 milyard dollara yüksəlib, lakin mənfəət 83 faiz azalıb.
Hesabata əsasən, şirkətin gəliri illik müqayisədə 26 faiz artaraq 51,2 milyard dollar olub. Ötən ilin eyni dövründə bu göstərici 40,6 milyard dollar təşkil edib.
Bununla belə, Meta-nın xalis mənfəəti 83 faiz azalaraq 2,7 milyard dollara enib. Keçən ilin eyni rübündə şirkət 15,7 milyard dollar xalis mənfəət əldə etmişdi.
Şirkətin səhm üzrə mənfəəti də 6,03 dollardan 1,05 dollara düşüb.
"Meta" rəhbərliyi bildirib ki, 2025-ci ilin dördüncü rübü üçün gəlirin 56–59 milyard dollar arasında olacağı gözlənilir.
Ekspertlər mənfəətdəki kəskin azalmanı əsasən metaverse layihələrinə və süni intellekt texnologiyalarına böyük investisiyalar, həmçinin əməliyyat xərclərinin artması ilə əlaqələndirirlər.
