"Meta" minlərlə saxta hesabı bağladı | Banco.az

"Meta" minlərlə saxta hesabı bağladı

Müəllif:Mehin Qasımova/Banco.az

"Meta" Çindən idarə olunan və ABŞ seçkiləri ilə bağlı yazılar paylaşan minlərlə saxta hesabı bağlayıb.

Banco.az xəbər verir ki, "Meta"  rəsmilərinin verdiyi açıqlamaya görə, bir neçə çinlinin nəzarətində olan təxminən 4800 saxta sosial media hesabı 2024-cü il ABŞ seçkilərindən əvvəl qütbləşdirici məzmun paylaşaraq izləyici bazası yaratmağa çalışıb.

Seçkilərlə bağlı siyasi yazıların amerikalı kimi görünməsi üçün sosial media hesablarında saxta fotolar, adlar və yerlərdən istifadə edilib.

"Meta" bir-biri ilə əlaqəli olduğu aşkarlanan sosial media hesablarının bütün baxışlardan məzmun daxil edərək seçiciləri "qütbləşdirmək" istədiyini iddia edib.

Ən sərfəli kredit üçün müraciət et

Sözügedən saxta hesablar Facebook və Instagram-ın sahibi olan texnologiya şirkəti tərəfindən aşkar edilərək bağlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram