"Meta" ixtisarlar üçün artıq hərəkətə keçib | Banco.az

"Meta" ixtisarlar üçün artıq hərəkətə keçib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” yenidən işçilərini işdən çıxarmağa hazırlaşır.

Banco.az xəbər verir ki, “Meta” şirkətinin rəhbəri Mark Zukerberqin ötən ilin noyabr ayında təxminən 11 min nəfəri işdən çıxardıqdan sonra yenidən strukturlaşma çərçivəsində bir daha ixtisar qərarı verdiyi bəlli olub.

“Facebook”, “Instagram” və “WhatsApp”ın ana şirkəti olan “Meta” şirkət rəhbərlərinə işdən çıxarmağa hazırlaşmalı olduqlarını bildirib.

Rəhbərlərə göndərilən bildirişdə işdən çıxarılma qərarının şirkətin virtual reallıq və “Quest” aparatını ehtiva edən “Facebook”, “WhatsApp”, “Instagram” və “Reality Labs”ə təsir edəcəyi, ixtisar prosesindən sonra işçilərin vəzifələrinin yenidən müəyyən ediləcəyi qeyd olunub.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, Zukerberq mart ayında açıqlama edərək bildirmişdi ki, sözügedən ixtisarlar nəticəsində 10 min nəfər işini itirəcək, daha sonra may ayında isə yeni ixtisarlar başlayacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et