Dünən dünyanın bir sıra KİV-də Almaniya yığmasının ulduzu və "Arsenal" klubunun yarımmüdafiəçisi futbol üzrə Dünya çempionatında qələbə qazandığı üçün ona verilən 600 000 dollar pulu Qəzza bölgəsinin uşaqları üçün köçürdüyü barədə məlumatlar yayılmışdı.
Amma jurnalist Rob Harris futbolçunun mətbuat xidmətinə istinadən bəyan edib ki, bu, həqiqətə uyğun deyil.
"Özil həqiqətən xeyriyyə layihələrinə vəsait köçürüb, amma Qəzzada deyil, Braziliyada" - deyə Tvitter-ində yazıb.
Futbolçunun özü isə Facebook səhifəsində yazıb:
"Dünya çempionatına qədər mən əməliyyata ehtiyacı olan 11 uşağa maliyyə dəstəyi göstərirdim. Dünya çempionatında qələbə yalnız 11 oyunçunun qələbəsi deyil, eləcə də bütün komandanın qələbəsidir. Ona görə də mən yardım edəcəyim uşaqların sayını 23-ə qədər artırmağı qərara aldım. Bu, mənim Braziliya xalqına qonaqpərvərliyi üçün şəxsi təşəkkürümdür".
Mənbə: oxu.az