Müəllif - Aida İsaq, Banco.az
Almaniyanın "Galeria Karstadt Kaufhof" univermaqlar şəbəkəsi filiallarının ən azı üçdə birini bağlayacaq. Banco.az xəbər verir ki, şirkət böhranla əlaqədar iflasdan qorunma prosedurları çərçivəsində bu addımı atmağa qərar verib.
Şəbəkənin Almaniyanın 97 şəhərində 131 ticarət mərkəzi fəaliyyət göstərir. Univermaqlar qrupunun rəhbəri Migel Müllenbaxın sözlərinə görə, onun şirkəti gləcəkdə daha böyük itkilərdən qorunmaq üçün hazırda iflasla bağlı məhkəməyə müraciət etməlidir. Bu səbəbdən mövcud şəbəkənin ən azı üçdə birinin ixtisar edilməsinin lazım olduğunu bildirib.
“Ekzogen amillər, Ukraynadakı müharibə nəticəsində rekord həddə çatan inflyasiya və enerji qiymətlərinin dəfələrlə artması, yaranan mənfi istehlakçı əhval-ruhiyyəsi ümumilikdə satışlara öz təsirlərini göstərib".
Qeyd edək ki, Almaniya hakimiyyəti "Uniper" enerji konsernini xilas etmək üçün əlavə 40 milyard avro ayırmağı planlaşdırır. Hazırda maliyyə durumu qənaətbəxş hesab olunmayan şirkət ilin birinci yarısında təxminən 12,3 milyard avro itirib. "Uniper" rəhbərliyi mövcud vəziyyətə görə Rusiyanı günahlandırıb.
Bizi sosial şəbəkələrdən izləyin!!