Müəllif - Aida İsaq, Banco.az
Dünya şöhrətli müğənni Beyoncenin dünya turuna çıxması İsveçdə inflyasiyanın artmasına səbəb olub.
Banco.az xəbər verir ki, məşhur ulduz maraqla gözlənilən dünya turuna ötən ay İsveçin paytaxtı Stokholmdan başlayıb. Beyoncenin konserti baş tutacağı vaxt yaşayış yerlərinə və restoranlara tələbat əhəmiyyətli dərəcədə artıb. Bu, ölkənin iqtisadi statistikasında öz əksini tapıb.
İsveç may ayında gözləniləndən daha yüksək illik 9,7 faiz inflyasiya açıqlayıb. Bu artımın səbəbi isə otellərə, kirayə evlərə və restoranlara olan yüksək tələbat olub.
Bizi sosial şəbəkələrdən izləyin!!