Məşhur “The Platform” filminin ikinci hissəsi yayımlanacaq | Banco.az

Məşhur “The Platform” filminin ikinci hissəsi yayımlanacaq

Müəllif - Aida İsaq, Banco.az

Ekranlaşdırıldığı zamandan bu günə qədər böyük marağa səbəb olan İspaniya istehsallı “The Platform” filminin həvəskarları üçün şad xəbər açıqlanıb.

Banco.az xəbər verir ki, yeni bölümünün yaxın zamanlarda yayımlanacağı gözlənilir. Tamamilə yeni aktyor heyətinin yer alacağı filmdə Hovik Keuchkerian və Milena Smit rol alacaq. Birinci filmin rejissoru Galder Gaztelu Urrutia tərəfindən çəkiləcək ikinci film haqqında təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, sözügedən film həbsxanada canlandırılan hadisələr fonunda cəmiyyətdəki ayrı-seçkiliyi qabardaraq həyatda mübarizə aparmaq üsullarından bəhs edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram