Məşhur Şirkətlərin CEO'larından 18 Qızıl Tövsiyyə | Banco.az

Məşhur Şirkətlərin CEO'larından 18 Qızıl Tövsiyyə

Yeni bir işə başladığınız zaman sizi hərəkətə gətirən ən əhəmiyyətli ünsürlərdən biri motivasiyadır. Motivasiya yoxdursa qısa müddətdə etdiyiniz hər işdən sıxılar, başqa alternativlərə yelkən açmağa başlayarsınız. Motivasiya yaratmaq üçün bir neçə yol var. Bunlardan biri də müvəffəqiyyətə çatmış insanların tövsiyələrinin izindən getməkdir. Başladıqları yolda bir an olsun qorxmadan çalışan və sonunda istədikləri müvəffəqiyyəti əldə etmiş böyük şirkətlərin CEO'larından 18 tövsiyəni sizlər üçün təqdim edirik. Bu tövsiyələr zirvəyə qalxma əsnasında sizə yol göstərəcək və uğura gedən yolda mübariz olmağa imkan yaradacaqdır.

 

"Dünyanı dəyişdirəcək əhəmiyyətli şeylər üzərində çalışırsınızsa, səhərlər oyanmağa da həvəsli olarsınız".

Larry Page, Google’ın CEO’su

 

"Yüksək gözləntilər mütləq hər şeyin açarıdır".

Sam Walton, Walmart CEO’su

 

"Balans mükəmməl nəticələr verir". Belə bir şey yoxdur. Bu səhv bir gözləntidir. Həyatınızda prioritetləriniz və seçimləriniz olacaq, bunları necə bütünləşdirdiğiniz isə gerçək xoşbəxtliyi tapmanın yoludur".

Denise Morrison, Campbell Soup CEO’su

 

"CEO da olsanız etmək istəmədiyiniz vəzifələri belə etmək məcburiyyətindəsiniz. Siz öz işinizi etməsəniz şirkət müvəffəqiyyətli olmaz. Heç bir vəzifə sıravi deyil".

 

"Əhəmiyyətli olan necə başladığınız deyil, necə fərq ediləcəyinizdir".

Steve Case, America Online CEO’su

 

"İşləmək üçün ayrı bir zamana ehtiyacınız yoxdur; həm şəxsi, həm də professional həyatınız 7/24 olmalıdır. Məsələ, hər birinə doğru zaman ayıraraq hər bir günün, nə qədər fərqli olacağını görməkdir".

Ellen Kullman, Dupont CEO’u

 

"Demək olar ki, hər gün özümə bu sualı verirəm, 'Edə biləcəyim ən əhəmiyyətli şeyimi edirəm?'. Kömək edə biləcəyim ən əhəmiyyətli problem üzərində çalışdığımı hiss etmirəmsə, zamanımı sərf etdiyim şey məni qane etmir. Elə bu şirkət də tamamilə bundan ibarət".

Mark Zuckerberg, Facebook CEO-su

 

"Yeni bir şey kəşf etmisinizsə, hər kəsin ağlınızı itirdiyinizi söyləməsinə hazırlıqlı olmalısınız".

Larry Ellison, Oracle CEO’su

 

"Müvəffəqiyyətli olmaq üçün, nə bir dahi, nə də bir xəyalpərəst, hətta bir universitet məzunu olmaq belə lazım deyil. Ehtiyacınız olan tək şey bir qaralama və bir xəyaldır".

Ən sərfəli kredit üçün müraciət et

Michael Dell, DELL CEO’su

 

"Həyat kövrəkdir. Sabahın bir zəmanəti yoxdur, buna görə sahib olduğunuz hər şeyi istifadə edin".

Tim Cook, Apple CEO’su

 

"Ölümünə qorxan, bəhanələr uyduran və 'indi doğru zaman deyil' deyib duran bir təşəbbüskar düşünün. Doğru zaman deyə bir şey yoxdur. Mən texnologiyanın partladığı zamanlarda hazır şablon istehsalına başladım. Bir düşünün, qorxularınızdan azad olun və öz işinizi başladın".

Kevin Plank, Under Armour CEO’su

 

"Bir şirkətin ürəyi və ruhu yaradıcılıq və yenilikdir".

Robert Iger, Walt Disney CEO'su

 

"Mən əvvəldən çox uğurluyam. Həqiqətən yaxşı olduğunuz, yəni insanlara qarşı pis davranmadığınız müddətcə insanlar sizə özünüz kimi olmağa icazə verərlər, çünki olduğunuz kimi olmaq dürüstlüktür. İnsanların görmək istədiyi də budur".

Andrew Mason, Groupon CEO’su

 

"Əla şirkətlər və onların iş şəkilləri, əvvəl mükəmməl idarəçilər ilə başlayır".

Steve Ballmer, Microsoft CEO’su

 

"Liderlər özlərini mühakimə etdikləri və mühakimə etmək istədikləri standartları yüksəldərək önə çıxır və orada qalmağı bu şəkildə bacarırlar".

Frederick W Smith, Fedex CEO’su

 

"Bədbinlər sonunda haqlı çıxsalar da, optimistlər sona çatana qədər daha çox yaxşı vaxt keçirirlər".

Samuel R. Allen, Deere CEO’su

 

"Bir müvəffəqiyyətsizlik yaşamaq sizə daha çox özünəinam verir. Müvəffəqiyyətsizlik, ən aza endirilməsi lazım olan möcüzəvi bir öyrənmə vasitəsidir".

Jeffrey Immelt, General Electric CEO’su

 

"Hər zaman etməyə bir az da hazır olmadığım şeylər etdim. Məncə, insan bu şəkildə inkişaf edir. 'Vay, bunu edə biləcəyimdən əmin deyiləm,' dediyiniz zamanlarda özünüzü məcbur etsəniz bir irəliləmə qət edərsiniz. Bəzən bu həqiqətən gözəl bir şeyin yolda olduğunun bir işarəsidir. Bu şəkildə insan özünü inkişaf etdirir və kim olduğu haqqında bir çox şey öyrənir".

Marissa Mayer, Yahoo CEO’su

Ən sərfəli krediti almaq üçün müraciət et