Müəllif - Aida İsaq, Banco.az
Tokio ali məhkəməsinin qərarı ilə “Toshiba”nın keçmiş beş rəhbəri təzminat ödəməli olacaq.
Banco.az xəbər verir ki, buna səbəb olaraq, üç infrastruktur layihəsində qeyri-qanuni mühasibat əməliyyatlarının aparılması göstərilib. Məlumata görə, şirkətin keçmiş prezidenti Tanaka Hisao, keçmiş vitse-prezidentlər Sasaki Norio və Kubo Makoto da daxil olmaqla yüksək vəzifəli rəhbərlər mühasibat uçotu pozuntularının qarşısını almayıb. Məhkəmə qərarına əsasən, firmanın beş keçmiş yüksək vəzifəli nümayəndələri buna görə ümumilikdə 300 milyon yen (2,2 milyon dollar) təzminat ödəməli olacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!